Azərbaycanda gələn aydan "QAZ" avtomobillərinin yığılmasına başlanacaq

Bu ilin iyul ayının əvvəlindən Azərbaycanda QAZ avtomobillərinin yığılmasına start veriləcək.
Bunu "APA-Economics"ə "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. Onun sözlərinə görə, hazırda layihə ilə bağlı nizamlama prosesi yekunlaşmaq üzrədir və plana uyğun olaraq bu işlərin iyunun sonunadək başa çatacağı nəzərdə tutulur.
"İyunun axırınadək proses tamamlanmalıdır və əgər hər hansı gözlənilməz məsələ ortaya çıxmasa, plana uyğun olaraq avtomobillərin yığılmasına artıq iyulun əvvəlindən başlamalıyıq", - deyə E. Axundov qeyd edib.
Qeyd edək ki, zavodunun yaradılması barədə memorandum "Azermaş"la Qorki Avtomobil Zavodu (QAZ) arasında 2018-ci ilin aprel ayında imzalanıb. Hacıqabulda fəaliyyət göstərəcək zavodda ildə 1 000 avtomobilin yığımı nəzərdə tutulur. İstehsal Qorki Avtomobil Zavodunun texnoloji tələblərinə və keyfiyyət standartlarına uyğun şəkildə təşkil ediləcək.
Müəssisədə "QAZel NEXT" və "QAZel Biznes" yüngül ticarət avtomobilləri, eləcə də "QAZon NEXT" orta yük maşınları yığılacaq. QAZ avtomobillərinin baza modellərinə əsaslanaraq gələcəkdə təcili yardım və bələdiyyə xidməti üçün nəqliyyat vasitələri, məktəb mikroavtobusları da daxil olmaqla müxtəlif növ xüsusi avadanlıqların istehsalının təşkili planlaşdırılır.
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO











