"Bentley" tarixinin ən güclü sedanının premyerasına hazırlaşır

"Bentley" sentyabrın 10-da "Flying Spur" sedanının yeni versiyasını təqdim edəcək. Bu avtomobil brendin 105 illik tarixində ən güclü, dinamik və səmərəli 4 qapılı avtomobil olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə CarBuzz məlumat yayıb.
Yenilənmiş "Flying Spur" 575 kVt (782 at gücü) olan yeni "Ultra Performance Hybrid" mühərriklə təmin olunacaq. Güc qurğusu 4.0 litrlik tvin-turbo V8 mühərriki əsasında qurulub və ilk olaraq "Bentley"nin bu günə qədər ən güclü yol avtomobili olan dördüncü nəsil "Continental GT Speed"də istifadə olunub. Yeni "Bentley Continental GT Speed" modelində mühərrik 0-dan 100 km/saata 3.2 saniyəyə sürətlənir və maksimal sürəti 335 km/saata çatır.
"Bentley Flying Spur" ilk dəfə 2005-ci ildə Cenevrədə təqdim edilib və 2019-cu ildə modelin üçüncü nəsli debüt edib. "Flying Spur"un top versiyaları "Bentley"nin iyulda vidalaşdığı 6 litrlik iki turbo W12 mühərriki ilə təchiz edilib.
(oxu.az)
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












