Brüsseldə “Audi” zavodu bağlanır, işçilər etiraz edir

Belçikanın paytaxtında minlərlə nümayişçi sentyabrın 16-da “Audi” avtomobil zavodunun bağlanması təhlükəsi ilə bağlı etiraz aksiyası keçirib.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” özünün törəmə şirkəti “Audi”nin Belçikadakı istehsalını dayandıra biləcəyini açıqlayıb. “The Brussels Times”ın press-relizinə görə, “Audi” Brüsseldə uzunmüddətli istehsalın artıq planlaşdırılmadığını təsdiqləyib.
Həmkarlar ittifaqlarının məlumatına görə, 10 mindən çox, polisin məlumatına görə, təxminən 5,5 min insan küçələrə çıxıb. Zavodun işçilərindən birinin plakatında "Bizim həyat - konveyer deyil" yazılıb.
"Biz işsiz, pulsuz və perspektivsiz qalacağıq", - “Audi” şirkətinin əməkdaşı AFP agentliyi ilə söhbətində deyib.
Belçika həmkarlar ittifaqları zavodun bağlanmasının Brüsseldə 3000-ə yaxın iş yerinin itirilməsinə səbəb olacağından qorxurlar. Həmkarlar ittifaqlarının nümayəndələri təkcə konsernin rəhbərliyini deyil, həm də Avropa İttifaqının hakimiyyət orqanlarını tənqid ediblər.
Əvvəllər “Volkswagen” Almaniya da daxil olmaqla zavodların bağlanmasını və işçilərin ixtisarını istisna etmirdi.
Almaniyanın federal kansleri Olaf Şolts “Volkswagen” şirkəti ilə bağlı vəziyyəti şərh edib. O, Özbəkəstanda olarkən Maqsut Narıkbayev Universitetində mühazirə zamanı tələbələrdən biri şirkətdə son vaxtlar iş yerlərinin ixtisarı ilə bağlı sual verib və bunun “Volkswagen”in mövcud olduğu 87 il ərzində ilk dəfə olduğunu qeyd edib.
(musavat.com)
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










