Bu avtomobilin 1 porşeni 65 min dollardır - VİDEO

Başlıqdakı 3 sıfır yalan deyil. Adi avtomobilin porşeninin qiyməti 10-100 AZN arası dəyişir. Fərq nədədir? Söhbət Formula-1 bolidindən gedir. Bu avtomobillərin mühərrikinin qiyməti təxminən 10 milyon dollardır. Avtosfer.az bildirir ki, yarış avtomobilinin mühərriki sürtünməyədavamlı materialdan hazırlanır ki, bu da əsasən titan ərintisi olur.
Adi avtomobildə dirsəkli valın dövrlər sayı dəqiqədə 5000-i keçmədiyi halda (taxometrdəki 8000 d/d sizi aldatmasın), idman bolidində dövrlər sayı dəqiqıdı 22 000-dir! Bu tezliklə dövr edən mühərrikin porşeni dəqiqədə təxminən 60 000 enmə-qalxma hərəkəti edir. Bu zaman porşenin başına 1000 kq/metr yük düşür. Bu da gəmi mühərrikindəki yükə bərabərdir. Üstəgəl alışma taktında temperatur 2500 dərəcəyə çatır. Adi düralüminium porşen bu rejimdə heç bir dəqiqə işləyə bilməz. Bu porşen isə 5000 km işləməlidir.
İfrat qızma və sürtünmənin qarşısını almaq üçün silindr divarları təzyiqlə yağlanır. Halbuki adi mühərriklərdə 100 ildir çiləmə üsulu tətbiq edilir və düzgün qulluq zamanı silindr divarı və porşen 600-700 min km yol qət edə bilir (yük avtomobilində 1 milyon km və daha çox.
Vüqar
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?














