Elektromobillər bu məhsula tələbi gücləndirir - Hər il milyardlarla dollar...

Eletrik avtomobil bazarının genişlənməsi qrafitə tələbi sürətlə artırır.
Avtosfer.az xəbər verir ki, enerji inqilabını bu məhsulsuz həyata keçirmək mümkün olmayacaq. Çünki qrafit elektikli avtomobillər üçün istehsal edilən litium-ion batareyalarının anodunu təşkil edən əsas elementdir.
Qrafitə artan tələblə əlaqədar 2019-cu ildə bu məhsulun alışı 14,9 milyard dolları ötüb. Proqnoza görə 2027-ci ilə qədər qrafit ticarətinin həcmi ən azı 22 milyard dollara çatacaq.
Elektrikli avtomobillər üçün hər bir akkumulyatorun tərkibində 20-30% qrafit var. Orta hesabla hər bir elektrik avtomobili üçün 70 kq-a qədər qrafit tələb olunur. Hər milyon elektrik avtomobili üçün təxminən 75 min ton təbii qrafit lazım gələcək.
Batareyalarda istifadə olunan qrafit anodların təxminən 90%-i Çindən gətirilir.
2019-cu ildə təkcə Çində sferik qrafitə tələbat 200 min ton təşkil edib. Bir il sonra - 240 min ton olub. 2028-ci ilə qədər isə qrafitə tələbat 1,9 milyon tona yüksələcək. 2021-ci ilin sentyabrında Beynəlxalq Enerji Agentliyi (IEA) e-mobillik və aşağı karbonlu enerji sektorlarının 2040-cı ilə qədər hər il indikindən 25 dəfə çox qrafit tələb edəcəyini proqnozlaşdırmışdı.
Qrafitin çox hissəsi Çində hasil olunduğundan, bütün dünyada akkumulyator istehsalçıları Çin xammalından istifadə edirlər.
Xammalın ilkin dəyəri bir ton üçün 500-800 dollar, satış qiyməti isə təxminən 2700-2800 dollar təşkil edir.
Sfera.az
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA










