Fransız direktorun puç olan 4X2 Niva arzusu

2016-2018-ci illlərdə AvtoVAZ şirkətinə rəhbərlik etmiş Fransa vətəndaşı Nikola Mor bu yaxınlarda Rusiyadakı xatirələrini paylaşıb.
Avtosfer.az xəbər verir ki, fransız iş adamı zavodun muzeyinə baş çəkdikdən sonra VAZ-2103 və Niva modellərini çox bəyəndiyini demişdi.
Məhz buna görə də, Mor yeni model, qabaq intiqallı (4X2) Niva layihələndirməyi təklif edib. Zavodun köhnə işçiləri bildiriblər ki, 90-cı illərdə bu cür maşın qısa müddətə istehsal edilib. Lakin aparıcı qabaq körpü olmadığı təqdirdə transmissiya (Nivanın sürət qutusu və reduktoru klassik VAZ modelləri ilə eynidir – müəl.) tez sıradan çıxır. Buna görə də istehsal dayandırılıb.
Buna cavab olaraq fransız direktor yeni transmissiya layihələndirməyi təklif edir. Rus heyət buna da etiraz edir. Onlar fransız rəhbəri inandırırlar ki, layihələndirmə və onun istehsala tətbiq baha başa gələcək. Satışların onsuz da aşağı olduğu vaxtda mənfəət əldə edilməyəcək. Ən salamatı klassik modelin istehsalına davam etməkdir.
Nikola Mor bir qədər götür-qoy edərək rusların təklifi ilə razılaşır.
Qeyd edək ki, Mordan əvvəlki direktor, isveçli Bu Andersonun da işindən zavodun vəzifəli şəxsləri ilk gündən narazı qalmışdılar. Çünki təyinatından 3 gün sonra Anderson bütün menecerlərin və vəzifəli şəxslərin xidməti “Land Cruiser”lərini satdırıb zavodun büdcəsinə daxil etmişdi. Maraqlıdır ki, VAZ avtomobilləri ilə gəzməyi özünə ar bilən menecerlərin çoxu ertəsi gün işdən azad olunmaqla bağlı ərizələrini rəhbərliyə təqdim etmişdi.
Vüqar
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır










