Hibrid avtomobillərin satışında rekord – Ekspert çatışmazlıqlardan danışdı

Azərbaycana gətirilən hibrid avtomobillərin sayında rekord qeydə alınıb: 2025-ci ilin ilk 3 ayında 10 120 ədəd. Bu ötən ilin eyni dövrü ilə müqayisədə bu, 2,8 dəfə çoxdur. 2024-cü ilin ilk 3 ayında ölkəyə cəmi 3600 hibrid maşınlar gətirilmişdi. Ötən il hibrid maşınlar xaricdən gətirilən ümumi minik avtomobillərinin cəmi 20%-ini təşkil edildisə, indi bu rəqəm 48%-ə çatıb. Lakin hibridlər və elektromobillərlə bağlı bir sıra çətinliklər qalmaqdadır. Həmin maşınların alıcıları ehtiyat hissələrinin çatışmazlığı, şarjdoldurma məntəqələrinin azlığı və bacarıqlı təmirçilərin azlığı kimi məsələlərdən gileylənir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyateksperti Eldar Bəşirov bildirib ki, hibrid və elektormobillərin təmiri ilə bağlı peşə məktəblərində ixtisaslar yaradıla bilər:
“Hibird avtomobillər yerli bazarda artıq özünü sübut edib. Bu maşınlar ekoloji olaraq təmiz nəqliyyat vasitələri sayılır. Tələbat olduqca yüksəkdir. Onların təmirçilərinin çatışmazlığı həmin avtomobillərin ölkə bazarına təzə-təzə daxil olması ilə bağlıdır. Elm və Təhsil Nazirliyində məsələ qaldırmaq lazımdır ki, texniki-peşə məktəblərində hibrid və elektromobillərin təmiri üçün mütəxəssislər hazırlansın. Belə şagirdləri yetişdirə biləcək mütəxəssislər var”.
Eldar Bəşirov bazarda ehtiyat hissələrinin kasadlığı məsələsinə də münasibət bildirib:
“Hələlik xaricdən edilən sifarişlər vasitəsi ilə bu problemi həll etmək olar. Zaman keçdikcə yerli bazarın özü bunu tənzimləyəcək. Bu, olduqca gəlirli sahədir. Elektomobillər və hibridlər bu günün və gələcəyin nəqliyyat vasitələridir”.
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










