Köhnə avtomobillər niyə artır? – “Rüsumlar o qədər yüksəkdir ki...”

"Azərbaycanda təxminən milyon yarımdan çox avtomobil var. Təəssüf ki, bu avtomobillərin əksəriyyəti istismar müddətini başa vurmuş, ekoloji cəhətdən yararsız avtomobillərdir". Bu sözləri sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. Mütəxəssisin sözlərinə görə, köhnə avtomobillər həm də ağır qəzalara şərait yaradır: "Köhnə avotmobillər yararsız olduğu üçün qəzaya düşmə ehtimalı da yüksəkdir. Belə avtomobillərin qəzaya düşməsi ilə ağır faciələr yaşanmaqdadır. Bu cür avtomobillərin dövriyyədən çıxarılması prosesi artıq gecikir. "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" imzalanıb və proqrama görə yararsız avtomobillər ölkədən yığışdırılmalıdır. Proqramda bunun üçün utulizasiya, yeni avtomobillərin gətirilməsi üçün həvəsləndirici addımların atılmalı olduğu göstərilib. Belə ki, ölkəyə gətirilən avtomobillərin gömrük rüsumları, aksiz vergisi azaldılmalıdır ki, sahibkarlar çətinlik çəkməsin".
Nəqliyyat eksperti gömrük rüsumlarının yüksək olduğunu xatırladaraq ölkəyə idxal olunan avtomobillərin kredit faizinin azaldılmalı olduğunu bildirib: "Belə avtomobillərə verilən kredit faizləri azaldılmalı, şərtlər yüngülləşdirilməlidir. Vətəndaşlarımızın əlində 10-15 min manat pul olur, lakin bu pulla avtomobil almaq mümkün olmadığı üçün məcbur qalıb Sovet istehsalı olan köhnə maşınlar alırlar. Yararsız avtomobillərin isə utulizasiya prosesi bir qədər çətin məsələdir. Əgər vətəndaşın avtomobilini əlindən alıb, utilizasiya ediriksə, bunun müqabilində vətəndaş üçün müəyyən təklif olmalıdır. Utilizasiya üçün kredit şərtləri sadələşməlidir. Bu gün minik avtomobillərinin çoxu yararsızdır. Təəssüf olsun ki, dövlət proqramında qeyd olunan müddəalar hələ də icra olunmayıb. Halbuki 2019-2023-cü illərdə bütün bu problemlər aradan qaldırılmalı, köhnə Sovet avtomobilləri dövriyyədən yığışdırılmalı idi".
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA










