Möhtəşəm Lexus LX 600 və LX 500d Gürcüstanda təqdim edildi - FOTO-VİDEO

Bu günlədə bir qrup jurnalist və avtomobil ekspertləri Gürcüstanda Lexus-un tam yeni LX modelinin test sürüşlərini həyata keçiriblər. Lexus Avropanın təşkil etdiyi test yürüşlərində Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı da iştirak edib.
Yürüşlərdə yüksək gücə və fırlatma momentinə malik 3,5 litrlik V6 qoşa turbo benzin mühərrikinə malik LX 600 və 3,3 litrlik V6 qoşa turbo dizel mühərrikinə malik LX 500d versiyaları sınaqdan keçirilib.

Hər iki variant Lexus brendinə xas unikal idarəetmə xarakteristikalarını həm yolda, həm də yolsuzluq şərtlərində tam reallaşdırmaq üçün elektron idarəetməli əyləclər (ECB) və elektrogücləndiricili sükan sistemi (EPS) təmin edilib.
Avtomobillər daha təhlükəsiz və komfortlu idarəetmə təcrübəsi yaşadan alətlər paneli Lexus brendinin 12,3 düymlük yuxarı ekranı və 7 düymlük aşağı ekranı olan ilk qoşa displeyinə, habelə dünyada bir ilk olaraq avtomobilin arxa hissəsinin altında qalan sahəni göstərən Back Underfloor View (Alt Görünüş Kamerasına) malikdir.

Bundan başqa yeni nəsil LX uzun illərin məhsulu olan etibarlılıq, davamlılıq və yolsuzluq şərtlərində hərəkət xarakteristikalarını yolda hərəkətin rahatlığı ilə bir araya gətirir. İki yeni güclü və səmərəli benzin və dizel güc aqreqatının təqdimatı ilə Lexus brendinin funksionallıqla eleqantlığın vəhdətindən ibarət yeni nəsil dizayn konsepsiyası dörd ayrı oturacağı və yüksək keyfiyyətli komfortu ilə fərqlənən yeni VIP komplektasiya etiva edir. Lexus brendinin ilk barmaq izi tanıyan işəsalma düyməsinin sayəsində təhlükəsizliyin təkmilləşdirilməsi xüsusiyyətlərini birləşdirən LX 600 və LX 500d modelləri özünüzü tam fərqli hiss etməyə imkan verəcək.


Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...


















