Qışda yanacaq sərfiyyatı niyə artır? - VİDEO

Qış aylarında avtomobillərin benzin sərfiyyatı artır. Bəzi avtomobillərdə bu fərq 4-5 litrə qədər yüksəlir. Avtomobil ustaları da sərfiyyatla bağlı müraciətlərin çoxaldığını təsdiqləyir və deyirlər ki, bəzi qaydalara əməl edilərsə benzinə 20 faizə qədər qənaət etmək mümkün olar.
Havaların soyuması ilə avtomobillərdə benzin sərfiyyatı artır. Sürücülər son günlər sərfiyyatın 20-30 faizə qədər çoxaldığını deyirlər.
Elə ustalar da son aylarda benzin sərfiyyatı ilə bağlı müraciətlərin xeyli artdığını bildirir. Bəzi maşınlarda sərfiyyat fərqi hətta 4-5 litrə qədər yüksəlib.
Bəzi sürücülər yaya nisbətən qışda mühərrikin isinməsi üçün avtomobili daha çox yerində işlədirlər.
Avtomobil ustası Pərviz İsmayılov bildirir ki, mühərrikin isidilməsi benzini artıran əsas faktorlardandır. Bununla yanaşı əksər sürücülər sərfiyyatın hesablanmasını yanlış aparır.
Ustanın sözlərinə görə, hesablama yalnız birdəfəlik sürüşlə müəyyən edilməlidir. Əgər bundan sonra fərq yaranarsa, bu halda ustaya müraciət etmək lazımdır.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?











