Sürücülərə vacib xəbər – Bu yolda qırmızı işıqda keçə bilərsiniz - VİDEO

Paytaxtın bir sıra yollarında ya işqıforlar yoxdur, ya da var, təyinatı üzrə deyil. Məsələn, Xətai rayonu, kənd Əhmədli ərazisindən Məhəmməd Hadi küçəsinə çıxışdakı vəziyyət kimi. Buradakı işıqforların aralarında cəmi 30 metr məsafə olsa da, onlardan ikincisi heç bir işə yaramır, əksinə sürücülərin çaşqınlığına səbəb olur.
Bəzi sürücülərisə düşünür ki, məsafədən asılı olmayaraq yanaşı quraşdırılan belə işıqforların hər ikisinin tələblərinə əməl edilməlidir.
Babək prospekti İlə Mikayıl Əliyev küçələrinin kəsişməsində isə vəziyyət tam əksinədir. Belə ki burada işıqforların olmaması nəqliyyatın hərəkətini xeyli çətinləşdirir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun fikrincə, eyni yol ayrıcında təkrar işqıforun quraşdırılması qanuna zidd deyil. Ancaq bu zaman bəzi qaydalar nəzərə alınmalıdır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, kənd Əhmədlidən Məhəmməd Hadi küçəsinə çıxışdakı yanaşı işıqforlardan ikincisi yol hərəkəti qaydalarına zidd olduğu üçün ləğv ediləcək.
Babək prospekti İlə Mikayıl Əliyev küçələrinin kəsişməsindəki dairəyə gəlincə isə...
Mais Ağayevin sözlərinə görə, artıq adı çəkilən ərazidə işıqforların quraşdırılması üçün layihə hazırlanıb və yaxın aylarda bu işlərreallaşdırılacaq.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?












