Tormoz qəlibləri nə vaxt dəyişdirilməlidir?

Tormoz qəlibləri avtomobilin vaxtında dayandırıla bilməsi üçün vacib detallardan biridir. Avtosfer.az xəbər verir ki, onların vaxtında dəyişdirilməməsi həm qəza, həm də əyləc detallarının sıradan çıxması ilə nəticələnə bilər. Əslində, qəliblərin dəyişdirilməsi üçün filtrdə olduğu kimi, konkret vaxt müəyyən edilməyib. Uzaq yolda, və ya kənd yerində istismar edilən maşınlarda bu detalın dəyişdirilməsinə bəzən illərlə ehtiyac olmur. Lakin şəhərdə vəziyyət başqadır.
Müasir avtomobillərin çoxunda qəliblərin yeyilməsini bildirən sensorlar mövcuddur və sürücü bunu salonda ikən indikatorun işığının yanması ilə görür. Bu olmadıqda isə vizual nəzarətlə detalın yeyilib-yeyilmədiyini görmək mümkündür.
İstehsalçılar qəlibin qalınlığını 3 millimetrə düşdükdə dəyişməyi tövsiyə edirlər. Lakin daha tez dəyişmək fayda verir. Əks halda qəlibin metal hissəsi tormoz çənbərinə sürtülərək onu sıradan çıxaracaq və pis səs yaranacaq.
Yeri gəlmişkən, əgər tormoz zamanı səs yaranırsa, o zaman qəlibin tam aşınmasını gözləmədən, dərhal dəyişmək lazımdır.
Vüqar Yaşaroğlu
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı












