"Volkswagen" işçiləri üçün iş zəmanətlərini ləğv edir

"Volkswagen" rəhbərliyi 1994-cü ildən etibarən işçilərinin əmək müqavilələrinə yazılan iş təhlükəsizliyinə son qoyub və bununla da mümkün işçilərin ixtisarına yol açıb.
Avtosfer.az “redaktor.az”a istinadla xəbər verir ki, şirkət bu barədə işçilərin maraqlarını təmsil edən “IG Metall” həmkarlar ittifaqını xəbərdar edib.
Məşğulluq zəmanəti artıq ilin sonunda başa çatacaq və altı ay sonra, yəni 2025-ci il iyulun 1-dən istehsal səbəblərinə görə ixtisarlar mümkündür. Əvvəlcə zəmanətlər 2029-cu ilə qədər qüvvədə idi.
Sentyabrın 2-də DPA agentliyi "Volkswagen"in 2023-cü ildə qəbul edilmiş qənaət proqramı çərçivəsində zavodların bağlanmasına və işçilərin ixtisarına icazə verdiyini bildirdi. İdarə Heyətinin nöqteyi-nəzərindən "Volkswagen" AG qrupunun markalarının əsaslı şəkildə yenidən qurulması həyata keçirilməlidir. Bundan əlavə, rəhbərlik hesab edir ki, xərclərə qənaət məqsədlərinə qismən pensiyalar və birdəfəlik ödənişlər vasitəsilə əvvəlcədən planlaşdırılan iş yerlərinin ixtisarı ilə nail olmaq mümkün deyil.
"Volkswagen"in rəhbəri Oliver Blume qənaət kursunu Avropa avtomobil sənayesi bazarına getdikcə daha çox yeni oyunçunun daxil olması ilə əsaslandırıb. Konsernin 2023-cü ildə qəbul etdiyi qənaət proqramı 2026-cı ilə qədər mənfəəti 10 milyard avro artırmaq üçün nəzərdə tutulub.
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












