Yağışdan sonra bu maşınların qiyməti QALXDI

Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması paytaxt yollarında avtomobillərin hərəkətini çətinləşdirib, eyni zamanda onların sağlığına ziyan verib.
Avtosfer.az xəbər verir ki, hazırda avtomobil elanları saytlarında "offroader" tipli modellərdən qiymət artımı müşahidə olunur. Bu gün günortadan yerləşdirilən elanlarda qiymət artımı müşahidə olunur. 2008-2013-ci il buraxılışlı "offroader" tipli modellərdə qiymətlər 2-3 min manat qalxıb. Təbii ki, bu da yağan yağışlara görədir ki, hündür avtomabillər böyük ölçüdə suda batmır.
Məsələ ilə bağlı avtomabil satışı məşğul olan Fərman Məmmədov News24.az-a qiymət artımı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə qiymət artımı müvəqqətidir, 15-16 ilin maşını modelindən asılı olaraq şisirdilmiş qiyməti 26-27 min manat niyə olsun?!
“Bu gün bazarda son model Çin istehsalı olan "offroader"lər var ki, qiymətləri çox münasibdir, insanlar 15-16 ilin maşınını 26-27 min manata almaqdansa bir az üst qiymətə təzə maşın almaqları daha məqsədəuyğundur. Ona görə düşünürəm ki, qiymət artımı müvəqqəti və mənasızdır. Hər gün yağış yağsa qiymət qalxacaq? Onsuz indi müştərilər köhnə yox, yeni modellərə üstünlük verirlar”.
(news24.az)
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












