Zambiyalı qadının etirafı: Metronu ilk dəfə Bakıda gördüm

Bakıda bu günlərdə dünyanın istənilən ölkəsindən gəlmiş nümayəndələrə rast gəlmək mümkündür. Vaxtilə Azərbaycan adını belə eşitməyənlər indi ölkəmizdə qlobal səviyyəli tədbirdə iştirak edir. Əlbəttə ki, şəhər gəzintisi də yaddan çıxmayıb.
Bu səhər metronun Gənclik stansiyası yaxınlığında rastlaşdığım bir turistlə maraqlı söhbətimiz oldu. Olimpiya stadionuna getmək istəyən qadın mənim üzərimdəki vəsiqəni görərək “şatl”ın dayanacağını soruşdu. Mən isə daha praktik olan metronu tövsiyə etdim.
Metroya girən qadının narahatlığı üzündən hiss olunurdu. O, qatarda sanki donmuş kimi əyləşmişdi. Koroğlu stansiyasından çıxdıqda qadın belə bir etitaf etdi: “Həyatımda ilk dəfə metronu Bakıda gördüm”.
Əminəm ki, metro ilə ilk dəfə Bakıda rastlaşan təkcə bu zambiyalı turist deyil. Təkcə bu fakt COP29-un ölkəni tanıtmaq baxımından nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərir.
Qeyd edək ki, Afrika qitəsində cəmi 3 şəhərdə klassik metro sistemi mövcuddur (Qahirə, Əlcəzair və Abuca).
Vüqar
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











