Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində apardığı təmir-bərpa işlərini yekunlaşdırıb.
Avtosfer.az agentliyə istinadən xəbər verir ki, təmir-bərpa işləri çərçivəsində yol yatağında zəruri torpaq işləri görülüb, hamarlama və yol örtüyünün bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin edilməsi məqsədilə ərazidə drenaj sistemi qurulub. Səth və yağış sularının kənarlaşdırılması üçün suötürücü borular quraşdırılıb.
Həyata keçirilən tədbirlər nəticəsində yolun hərəkət hissəsində su yığılması probleminin aradan qaldırılması, yol örtüyünün vaxtından əvvəl sıradan çıxması riskinin minimuma endirilməsi və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün daha əlverişli şəraitin yaradılması təmin edilib.
Beləliklə, Hökməli–Qobu–Güzdək avtomobil yolunun sözügedən hissəsində təmir-bərpa işləri başa çatdırılıb və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO












