Bakıda müdiri öldürüb meyitini göl kənarına atan sürücü hakim qarşısında

Bakıda sağlamlıq mərkəzinin rəhbərini qətlə yetirməkdə təqsirləndirilən sürücüsü Natiq Fətiyev və həmin sağlamlıq mərkəzində qeydiyyatçı işləmiş Fərqanə Quliyevanın cinayət işinin məhkəməsi başlayıb.
Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Natiq Fətiyev və Fərqanə Quliyeva barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti proses dekabrın 13-nə təyin edilib.
Xatırladaq ki, 2026-cı ilin iyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən "SUDU" sağlamlıq mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimlinin baş nahiyəsinə küt alətlə vurularaq öldürüldüyü məlum olub. Hadisəni törətməkdə onun sürücüsü işləyən Bakı şəhər sakini, 1988-ci il təvəllüdü Natiq Fətiyev və mərkəzdə qeydiyyatçı işləyən Fərqanə Quliyeva şübhəli biliniblər.
Məlum olub ki, mübahisə zəminində öldürülən Babək Rəhimlinin meyiti maşınına qoyularaq Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atılıb. Bu zaman Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Natiq Fətiyev saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonrakı mərhələsində isə Fərqanə Quliyeva da qətllə bağlı şübhəli şəxs qismində istintaqa cəlb olunaraq həbs edilib.
Təqsirləndirilənlər barədə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qəsdən adam öldürmə) 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 177.2.3-1 (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə məsuliyyətə cəlb olunaraq ittiham irəli sürülüb.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












