Bakıda sərnişinlər avtobusu apardı, maşını suya düşməsin deyə qarşı yola keçdi - VİDEO

APA TV-nin “Söz qaytaran” verilişinin növbəti buraxılışında paytaxtın gündəmini zəbt edən maraqlı və bir o qədər də düşündürücü hadisələrə toxunulub.
Avtosfer.az APA TV-yə istinadən xəbər verir ki, verilişdə ictimai nəqliyyatda yaşanan problemlər, sürücülərin qəribə davranışları və yağışlı havalarda taksi qiymətlərinin kəskin artması diqqət mərkəzində olub.
Aparıcı bildirib ki, əvvəllər avtobuslarda basabas gedən sərnişinlərə yazığı gəlirdi. Lakin son hadisədən sonra onların hallarına şükür etməli olduğunu düşünüb. Çünki Bakıda avtobusun sərnişinləri deyil, sərnişinlərin avtobusu apardığı görüntülər yayılıb. Nəqliyyat vasitəsi xarab olduğundan sərnişinlər düşərək avtobusu itələmək məcburiyyətində qalıblar.
Verilişdə qarşı hərəkət zolağına çıxaraq yolu iflic edən xanım sürücüdən də danışılıb. Sürücü bu hərəkətini yoldakı suyun avtomobilinə zərər verə biləcəyi ilə əsaslandırıb.
Yağış başlayan kimi taksi qiymətlərinin bir neçə dəfə artması da aparıcının diqqətindən yayınmayıb.
Bütün bu hadisələrə yumor və tənqidi baxışın birləşdiyi “Söz qaytaran” verilişinin tam buraxılışını aşağıdakı videodan izləyə bilərsiniz.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












