Banner

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR

Hadisə 12 Noyabr 2026 20:48
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR
WhatsApp kanalımıza abunə olun

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda helikopter qəzaya uğrayıb.

Avtosfer.az NTV telekanalına istinadən xəbər verir ki, hadisə Samanköy ərazisində yerli vaxtla saat 18:45-də (Bakı vaxtı ilə saat 19:45-də) baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım briqadası və Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin (AFAD) əməkdaşları cəlb olunublar. Ərazidə baş verən kiçikmiqyaslı yanğın söndürülüb.

"S-70" tipli helikopterlərimizdən biri Malatyada hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə dərhal başlanılıb", - deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Malatya Böyükşəhər Bələdiyyəsinin sədri Sami Er qəzada 4 hərbçinin həlak olduğunu bildirib.

Hüquq-mühafizə orqanlarının və hərbi qurumların nümayəndələri hadisə yerində araşdırma aparırlar.

Oxunub : 50
ŞƏRH YAZ
Ad

E-mail

Şərh