Banner

"Ən sonuncu imtahan uçuşumu da uğurla başa vurdum" - Rüfət Cumalı

Xəbərlər 12 Noyabr 2026 20:35
"Ən sonuncu imtahan uçuşumu da uğurla başa vurdum" - Rüfət Cumalı
WhatsApp kanalımıza abunə olun

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin stajor pilotu Rüfət Cumalı pilot hazırlığı proqramı çərçivəsində təlim uçuşlarını uğurla başa vurub.

Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, o, 2021-ci ildə Milli Aviasiya Akademiyasını bitirib, 2024-cü ilin dekabr ayından etibarən isə təlim uçuşlarına başlayıb.

R.Cumalı bildirib ki, təlimlərin ilkin mərhələsində təkmühərrikli "Cessna 172" tipli təyyarədə uçuşlar həyata keçirib, daha sonra isə ikimühərrikli "Diamond 42" təlim təyyarəsi ilə hazırlığını davam etdirib:

"Ən sonuncu imtahan uçuşumu da uğurla başa vurdum. Bununla da təlim prosesini tamamladım. Mənə bu imkanı yaratdığına görə, başda AZAL-ın kollektivi olmaqla, hər kəsə təşəkkürümü bildirirəm".

Oxunub : 70
ŞƏRH YAZ
Ad

E-mail

Şərh