“100 minlik maşın sürür , ancaq bir dəst məktəbli geyimi almağa can çəkir” - Etibar Əzimov - FOTO

Avqustun 17-dən yeni məktəbli formalarının satışına başlanılıb. Geyim dəstində köynək 14 manat, şalvar və ətək isə 25 manatdır.
Bəs yeni məktəbli formasına tələbat necədir, qiymət və keyfiyyətlə bağlı narazılıq varmı?
Avtosfer.az xəbər verir ki, "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Modern.az-a bildirib ki, satış hazırda çox yaxşı gedir:
“Vətəndaşlar yeni formaları bəyənirlər. Qiymətlərin cibə uyğun olması da onları razı salan haldır. Artıq biz formaları satış üçün "Bravo" marketlərinə də vermişik. "Bravo" marketlər şəbəkəsinə məxsus yerlərdə, "Gənclik Mall" və "28 Mall" da daxil olmaqla bu formalar satılacaq. Bizim filallarımız yoxdur. Buna görə də hamı bir yerə toplaşmalı olurdu. "Bravo" marketlərdə formaların satışı bu mənada kömək edəcək”.
E.Əzimov məktəbli formalarının keyfiyyətindən insanların razı olduğunu vurğulayıb:
“Hazırda forma almaq üçün gələnlərin sayı çoxdur. Onlar arasında geyim dəstinin keyfiyyətindən narazı olanları görmədim. Bununla bağlı şirkətimizə də müraciət olunmayıb. Bu məhsulun keyfiyyətindən narazı olmaq da mümkün deyil. Köynək yüz faiz pambıq, şalvar və ətək isə 60 faiz yundur. Hazırda alverçilər canımızı boğaza yığıblar, hətta əlavə pul təklif edirlər ki, biz bu formalardan satış üçün onlara da verək. Ancaq bu formalar "Sədərək"dən tutmuş "Vosmoy"a qədər heç bir ticarət mərkəzində satılmır. Çünki biz heç kimə vermirik. İndi insanlar hamısı eyni cür fikirləşmir. Elə adam var ki, 100 minlik maşın alır, ancaq bir dəst məktəbli forması almağa can çəkir. Bu düzgün deyil. Bu uşaqdan qənaət etməkdir. Elə adamlar var ki, heç nədən heç vaxt razı olmur. Ancaq ötənilki formalara nisbətən bu forma çox mütərrəqidir. Özəl liseylərdə də şagirdlər belə paltarlar geyinirlər”.

Moderator.az
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”











