“20 Yanvar”da bağlanan mağaza sahibləri "obyektə görə vergi ödəyirik” deyir - VİDEO

Gündəm 30 Avqust 2024 19:03 Oxunub 338
“20 Yanvar”da bağlanan mağaza sahibləri "obyektə görə vergi ödəyirik” deyir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın şimal girişindəki vəziyyətin xaos olması ilə bağlı xəbər dərc etmişdik. Yaranan xaosun daha çox yerin üstünə yox, yerin altına təsirilərindən sakinlər də vaxtaşırı şikayət edib və deyəsən, bu şikayətlər öz nəticəsini göstərib.

Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metrosunun girişlərindəki dəhlizlərdə 1996-cı ildən indiyə qədər fəaliyyyət göstərən ticarət obyekltləri bu gün ilk dəfə tamamilə bağlanıb. 2014-cü ildə digər metrolardakı bu qəbildən olan obyektlər metrostansiyaların bunker, yəni sığınacaq funksiyası daşıması səbəbilə yığışdırılsa da, “20 Yanvar” metrosundakı obyektlərə toxunulmamışdı.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuaty katibi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, “20 Yanvar” metrostansiyasına aparan keçid dəhlizlərinin metropolitenə heç bir tabeliliyi yoxdur. Buna görə də həmin ərazidə hansısa fəaliyyət növünün, xüsusən də ticarətin təşkili və nizamlanması ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin hansısa səlahiyyəti yoxdur.

Yasamal rayon İcra Hakimiyyəti ilə mövzu ilə bağlı əlaqə saxlamağa çalışsaq da, gün ərzində bu mümkün olmayıb.

Yaranmış vəziyyətlə əlaqədar çəkiliş qrupumuz ərazidə olub və metronun dəhlizlərindəki obyektlərin bağlanmasına görə həm sahibkarların, həm də sakinlərin fikirlərini öyrənməyə çalışıb.

Kameramıza danışmaqdan çəkinən obyekt sahibi bildirib ki, səhər saatlarında yaxınlaşıb mağazanı açmaq istəsə də icra nümayəndələri buna icazə verməyib.

“Günün müxtəlif saatlarında obyektləri açmağa çalışanlara yaxınlaşıb dedilər ki, icazə yoxdur açmağa. Səbəb kimi də hələlik, yalan, ya doğru, bizə dedilər ki, parlament seçkilərinə görədir, seçkilərdən sonra icazə veriləcək”.

Başqa bir sahibkar qeyd edib ki, buradakı obyektlərdən 200 ailə dolanır. Azı 1000 nəfərin ruzisi bu obyektlərdən təmin edilir.

“Bizə ya icazə versinlər burda fəaliyyətimizi davam etdirək, ya da yer göstərsinlər və desinlər ki, sizin üçün filan yeri ayırmışıq, gedin orda fəaliyyət göstərin, biz də işimizi bilək. Biz qanunsuz fəaliyyət göstərmirik. Hamımızın VÖEN-i var, elektrikə görə ödəniş edirik. Necə qanunsuz ola bilər ki, hamımız vergi ödəyirik?”

Sorğumuzda iştirak edən vətəndaşların fikirləri isə müxtəlif oldu. Vətəndaşların bir qismi bu obyekt sahiblərinin dolanışığını düşündüyü üçün obyektlərin bağlanmasının əleyhinə olsa da, bir qismi dəhlizlərin daralmasına səbəb, hərəkətə mane olduqları üçün mağazaların bağlanmasının doğru qərar olduğunu bildirib.

Həmin sorğunun görüntülərini sizə təqdim edirik:

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh