"20 yanvar"da "manatlıq" taksilərə yer ayrılacaq? - AÇIQLAMA

Bakının “20 Yanvar” metrostansiyasının ətrafında "manatlıq" taksilərin yığışdırılması bu ərzidəki xaosa son qoysa da, bir sıra problemlərə də səbəb olub.
Buradan Sumqayıt, Ceyranbatan, Xırdalan istiqamətində sərnişin daşıyan “manatlıq” taksi sürücüləri çıxılmaz vəziyyətdə qalıblar.
Onlar ailələrinə çörək pulu qazanmaq üçün bu işlərinin də əllərindən çıxmasından şikayətləniblər və onlar üçün də xüsusi yerlərin ayrılmasını xahiş ediblər.
Bəs “manatlıq” taksilərə şəhər ərazisində yer ayrılması mümkündürmü?
Avtosfer.az "redaktor.az" istinadən xəbər verir ki, bununla bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov açıqlama verib. O, dedi ki, Bakı şəhərində taksi dayanacağı var, amma yerlər məhduddur:
“Yəni yer olsa, taksi dayanacaqlarını təşkil etmək əslində çətin deyil. Məsələn, Koroğlu nəqliyyat qovşağında həm avtobuslar, həm də taksilər üçün dayanacaqlar təşkil olunub. Sadəcə “20 Yanvar” və “Şamaxinka” ərazisində taksi dayanacaqlarının təşkil olunması üçün yer olmalıdır. Dayanacaqda saxlanılan bu taksilər leqal taksilər olmalıdır. Leqal taksilər dedikdə isə qeydiyyatdan keçmiş, fəaliyyətə icazəsi olan taksiləri nəzərdə tuturuq. Belə taksilərin də damında sarı rəngli taksi fənəri olmalıdır ki, Dövlət Yol Polisinin yol patrul xidmətinin əməkdaşları bunları ayırd edə bilsinlər”.

Ekspertin sözlərinə görə, hansısa sürücü taksi fəaliyyəti ilə məşğul olursa və onun icazəsi varsa, bunun üçün ona heç bir qadağa yoxdur:
“Əsas odur ki, taksi sürücüsünün icazəsi olsun. İcazə varsa, taksi dayanacaqlarında avtomobil saxlaya bilər”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












