“28 May” stansiyasında görüləcək işlər üçün 11 ay çox böyük müddət deyil - Bəxtiyar Məmmədov

Bakı Metropolitenində 1980-ci ildən bəri arzulanan bir işin, yəni "qırmızı" və "yaşıl" xətlərin ayrılmasının həyata keçirilməsi üçün 11 ay çox da böyük müddət deyil.
Avtosfer.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.
Onun sözlərinə görə, bu səbəbdən qarşıdakı dövrdə medianın ciddi dəstəyinə ehtiyacları var:
“Bu ilin sonunda “Dərnəgül” istiqamətində “28 May” - “Nizami” və “Nizami" - “28 May” xəttinin bağlanması əvvəlcə cəmiyyət arasında xeyli müzakirələrə səbəb oldu. Çünki “28 May” stansiyası bağlanır" başlığı altında xəbərlər yayıldı. Bu kimi hallarda, şübhəsiz, medianın işi, informasiyanın doğru çatdırılması məsələsi vacibdir”.
Bəxtiyar Məmmədov həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə gələcək dövrdə bu istiqamətdə birgə fəaliyyətə də diqqət çəkib:
“Məhz həmin dövrdə AYNA ilə vahid komanda, inteqrasiya olunmuş nəqliyyat anlayışını icra edəcəyik”.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












