38 nömrəli orta məktəbdə müəllimlərdən təmir pulu yığılır? - BŞTİ araşdırmalara BAŞLADI

Paytaxtdakı 38 nömrəli tam orta məktəbdə sinif otaqlarının təmiri ilə əlaqədar vəsait toplanması barədə məlumatlar yayılıb. Avtosfer.az-ın "Redaktor.az"a istinadən məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Azərbaycan müəllimi"nə bildirilib ki, məsələ araşdırılacaq. Qeyd olunub ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Bakıdakı 38 nömrəli məktəbin müəllimləri elm və təhsil naziri Emin Əmrullayevə şikayət məktubu ünvanlayaraq, məktəb rəhbərliyi tərəfindən onlardan sinif otaqlarının təmiri üçün pul yığıldığını və digər qanun pozuntularını çatdırıblar.
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT











