AAYDA "Road&Traffic" 2022 sərgisinin rəsmi dəstəkçisi seçilib - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Ekspo Mərkəzində təşkil olunan 10-cu Yubiley Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisində iştirak edir.
Dövlət Agentliyi sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsiistiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür. 01-03 iyun tarixləri arasında davam edəcək “Road and Traffic” sərgisi Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan ixtisaslaşdırılmış tədbiridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək, o cümlədən yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssislər ilə görüşmək üçün nadir imkandır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələrinin də qatıldığı ikitərəfli B2B görüşlər yol-inşaat və yol təhlükəsizliyi sahələrinin yenilikləri ilə tanış olmağa, mövcud və potensial müştərilərlə işgüzar əlaqələrin qurulmasına öz töhfəsini verəcək. “Road & Traffic” sərgisində Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, İtaliya, Rusiya, Belarus, Yunanıstan və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər məhsulları təqdim edirlər. Qeyd edək ki, 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisinin rəsmi dəstəkçilərindən biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi seçilib.
YOLUNUZ AÇIQ OLSUN...
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA















