ABŞ Çini sıxmağa başlayıb - Bu gedişlə Çinin texnoloji inkişafına son verəcək

Birləşmiş Ştatlar özündə istehsal olunan, eləcə də hər hansı Amerika texnologiyası vasitəsilə ərsəyə gətirilmiş yarımkeçiricilərin Çinə tədarükünə qadağa qoyub. Bu barədə Böyük Britaniyanın dünyaca ünlü «Financial Times» nəşri bu məlumatı yayıb və ABŞ-ın yeni sanksiyalarını Çini «daş dövrünə qaytarmaq» cəhdi kimi qiymətləndirib. Yeni məhdudiyyətlərə əsasən, Amerika texnologiyalarından istifadə etməklə istehsal olunan yarımkeçiricilərin Çinə ixracı yalnız ABŞ hakimiyyət orqanları tərəfindən veriləcək xüsusi lisenziya əsasında mümkündür. Sanksiyada həmçinin ABŞ vətəndaşlarının Çinin çip istehsalçıları ilə əməkdaşlığı məhdudlaşdırılıb. Albright Stonebridge konsaltinq şirkətinin eksperti Pol Triolo yeni sanksiyaların bir çox şirkətlərə təsir edəcəyini bildirib, çünki "yeni qaydaların səbəb olduğu dəyişikliklərin sunamisi yarımkeçirici sənayesini və əlaqəli sektorları alt-üst edəcək". Onun fikrincə, bu sektora xüsusilə nəqliyyat və logistika sahəsində süni intellekt sahəsində Amerika avadanlıqlarından istifadə edən Çin şirkətləri, eləcə də dərmanların hazırlanması və iqlim dəyişikliyinin modelləşdirilməsi aiddir. Triolo vurğulayıb ki, sanksiyaların tam effekti zamanla görünəcək, lakin “ən azı, ABŞ və Çində innovasiyalar yavaşlayacaq və nəticədə bu, Amerika istehlakçılarına yüz milyonlarla, hətta milyardlarla dollara başa gələcək”.
Financial Times-ın məlumatına görə, Çin şirkətləri amerikalıların onlarla işləməsinə qoyulan qadağadan ciddi şəkildə narahatdırlar. Dövlət yarımkeçirici fabriklərindən birinin kadrlar şöbəsinin müdiri bildirib ki, ştatda ən əsas vəzifələrdən bəzilərini tutan Amerika vətəndaşları var. “Biz bu insanların şirkətimizdə işləməyə davam etmələri üçün bir yol tapmalıyıq. Çox çətindir. Əksər insanlar Amerika pasportlarından imtina etmək istəmirlər”, - deyə o bildirib. 2019-cu ilin may ayından Vaşinqton tərəfindən sənaye casusluğu, texnologiya oğurluğu və milli təhlükəsizliyə təhdiddə ittiham edilən Huawei və bənzər şirkətlər ABŞ sanksiyaları altındadır. 2020-ci ilin avqustunda sanksiyalar sərtləşdirilib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











