ABŞ İsrailə 27 min bomba satır - SENSASİON İDDİA

ABŞ administrasiyası İsrailə dəyəri təxminən 660 milyon dollar olan böyük silah paketi satmaq qərarı verib. Silahların istehsalında türk müdafiə sənayesi şirkətinə məxsus müəssisənin iştirak etdiyi iddia olunur. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, bu paketə 27 mindən çox bomba daxildir. ABŞ Dövlət Departamentinin açıqladığı sənədlərə görə, söhbət MK-80 seriyalı bombalardan gedir. Dövlət katibi Marko Rubio satışın “İranla müharibə şəraitində təcili ehtiyac” olduğunu bildirərək administrasiyanın Konqresin icmal prosedurunu keçmədən razılaşmanı təsdiqlədiyini açıqlayıb. Normal qaydalara əsasən, bu cür böyük silah satışları ABŞ Konqresinin nəzarətindən keçməlidir. Lakin administrasiya “fövqəladə vəziyyət” mexanizmini tətbiq edərək qanunun tələb etdiyi parlament yoxlamasını kənara qoyub.
Paketdə hansı silahlar var?
Rəsmi məlumatlara görə İsrailə veriləcək silah paketinə aşağıdakılar daxildir:
12 min BLU-110A/B bomba (təxminən yarım ton çəkidə)
10 min 250 kq-lıq bomba
5 min kiçik diametrli bomba
texniki, logistika və servis dəstəyi
Ümumi dəyər təxminən 660 milyon dollar təşkil edir. İsrail bu alışın bir hissəsini ABŞ-dən aldığı illik 3.8 milyard dollarlıq hərbi yardım hesabına maliyyələşdirəcək.
Sənədlərdə göstərilir ki, layihənin əsas podratçısı Texas ştatının Garland şəhərində yerləşən “Repkon USA” şirkətidir.
Lakin bu şirkət əslində Türkiyənin müdafiə sənayesi şirkəti “Repkon”un törəmə müəssisəsidir.
2025-ci ilin martında türk şirkəti bu zavodu ABŞ müdafiə nəhəngi “General Dynamics”dən satın alıb.
Bu müəssisə ABŞ-də MK-80 seriyalı bombaların korpusunu istehsal edə bilən yeganə zavod hesab olunur. Məhz bu korpuslar sonradan JDAM dəqiq idarə olunan bombaların əsas komponentinə çevrilir və ABŞ ordusu ilə İsrail Hərbi Hava Qüvvələri tərəfindən geniş istifadə olunur.
Bəzi amerikalı müdafiə ekspertləri bu vəziyyəti tənqid edirlər. Onların fikrincə, ABŞ-nin mühüm sursat istehsalının xarici şirkətin nəzarətinə keçməsi təhlükəsizlik baxımından suallar doğurur.
Eyni zamanda Konqresdə də narazılıq var. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gregori Miks bildirib ki, administrasiyanın Konqresi kənara qoyması “müharibə ilə bağlı arqumentlərdə ziddiyyət yaradır”.
Qeyd edək ki, Tramp administrasiyası bundan əvvəl də oxşar addım atmışdı. 2019-cu ildə İranla gərginliyi əsas gətirərək Səudiyyə Ərəbistanı və BƏƏ-yə 8 milyard dollarlıq silah satışını Konqresdən yan keçərək təsdiqləmişdi.

İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Günəşdə ikinci güclü partlayış olub
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ! - Sabahdan…
Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO
Yeni enerji müqavilələri Azərbaycanın iqtisadi mövqeyinə necə təsir edəcək? - Ekspert AÇIQLADI
Ermənistan seçkiləri sülh prosesinə necə təsir edəcək?- AÇIQLAMA
Bakı–Tbilisi–Qars dəmir yolunun yükdaşıma gücü 5 dəfə artırıldı – ADY sədri
Taksi sürücüsü və sərnişin arasında məbləğlə bağlı problem niyə yaranır? – Ekspert AÇIQLADI - VİDEO
Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
Prezident tapşırıq verib: Azərbaycanın rayonlarında köklü dəyişiklik əsasən bu sahələrdə olacaq — RƏSMİLƏR DANIŞIR










