Abşeron Milli Parkına səfər edənlərin nəzərinə! - FOTO

Hava limanı yolunda, Qala və Zirə qəsəbələri ərazisində Abşeron Milli Parkına-Şahdilinə gedən yol istiqamətində 7 yeni məlumatverici- istiqamətverici nişan quraşdırılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Avtosfer.az-a bildirib ki, ölkənin cənub-şərq hissəsində yerləşən Şahdilinə gedən istiqamətdə quraşdırılmış lövhələrdə ikonlardan istifadə olunmaqla təbiət ərazisinin xüsusiyyətləri, eləcə də parka qədər olan məsafə əks olunub: “Müasir tələblərə, dünya standartlarına cavab verən məlumatverici nişanlar səyahətçilərin hərəkət, istiqamət, marşrut müəyyənləşdirmə rahatlığını təmin edir”.
Xidmət rəsmisinin sözlərinə görə, yol istiqamətləndirici belə məlumat nişanları növbəti mərhələlərdə Şirvan və Hirkan milli parklarını, sonra isə digər milli parkları əhatə edəcək. Bu da həm turistlərin rahatlığına, təhlükəsizliyinə, həm də ekoturizmin inkişafına töhfə verəcək.

Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












