Ağsu aşırımının sürüşmədən zərər görən hissəsində təmir işlərinə başlanılıb - FOTO

Ağsu aşırımında torpaq sürüşməsi nəticəsində dağılan yolun bərpasına başlanılıb. Güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147-ci kilometrliyində yol infrastrukturu ciddi ziyan görmüşdü.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı İdarəsinin sahə rəisi Eldar İsrafilov “Azərtac”a bildirib ki, ərazidə sürüşmə aktivliyinin davam etdiyini nəzərə alaraq, bərpa işlərinə bu gündən start verilib:
“Hazırda sürüşmə baş verən hissədə eroziyaya məruz qalan torpaq qatı təmizlənir, əraziyə yeni material tökülür və kipləşdirmə işləri aparılır. Növbəti mərhələdə isə asfaltlama işlərinin həyata keçirilməsi nəzərdə tutulur”.
Xatırladaq ki, bir neçə gün əvvəl bölgəyə yağan intensiv yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci kilometrliyində torpaq sürüşməsi baş vermişdi. Nəticədə asfalt qatı yararsız hala düşmüş, dərin yarğanlar əmələ gəlmişdi. Bu səbəbdən də sürücülərin hərəkətində müəyyən çətinliklər yaranmışdı.






İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












