Aİ-92 markalı benzinlə bağlı vacib xəbər: İyun ayının 1-dən... - VİDEO

Aİ 92 markalı benzinin ölkəmizə idaxalı ilə bağlı nazirlər kabineti tərəfindən bir sıra güzəştlər tətbiq olunmuşdu. Lakin bu güzəştlərin müddəti iyun ayının ilk günü başa çatdı. Ekspertlər bildirib ki, güzəştlər ləğv edilsə də, bu ai 92 markalı benzinin qiymətinə təsir etməyəcək. Qeyd edək ki, socarın heydər əliyev adına neft emalı zavodunda profilaktika işləri aparıldığından azərbaycan dövlət neft şirkəti bu yanacağı xaricdən almağa başlayıb.
Sfera.az xəbər verir ki, iyun ayının 1-dən ölkəmizə idxal edilən Aİ-92 markalı benzinin gömrük rüsumundan azad olunma müddəti bitib.
Azərbaycanda istifadə edilən Aİ-92 markalı benzin SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilir. Lakin aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırıldığından, daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün Azərbaycan Dövlət Neft Şirkəti fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın almağa başlayıb. İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, Ai 92 markalı benzinin idaxlı ilə bağlı edilən güzəştlərin ləğv olunması onun qiymətinə təsir etməyəcək.
Ekspert əlavə edib ki, Azərbaycanda ai 92 markalı benzinin istehsalında hər il 10-12 faiz artım baş verir. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 1-dən iyunun 1-dək qeyd olunan benzin növü üzrə hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilmişdi. Digər bir qərarla isə iyunun 1-dək Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata qədər azaldılmışdı.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO












