AQC elan verdi: Bu şəxslər barəsində polisə müraciət ediləcək - FOTO

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” elan yayıb. Elanda bildirilir ki, 01 iyul 2024-cü il tarixində keçirilmiş iclasda Nizamnamənin 6.1 və 6.2-ci bəndlərinə əsasən, 19 iyul 2024-cü il tarixində növbədənkənar konfrans keçirilib. İclas zamanı Birliyin seçkili orqanları yenidən formalaşdırılıb. Hazırda qəbul edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması prosesi davam edir.
Bu barədə Birliyin idarə heyətinin sədri Ramil Osmanlı Avtosfer.az-a məlumat verilib. Məlumatda qeyd edilib ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən təqdim olunmuş Dövlət Reyestrindən çıxarışa əsasən, Birliyin seçkili icra orqanlarının səlahiyyətləri 20 may 2025-ci il tarixinədək qüvvədədir.
Həmin tarixdən sonra İdarə Heyətinin adından çıxış edən şəxslər səlahiyyətsiz sayılacaq və bu, vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi kimi qiymətləndirilərək hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri olduğunu bildirən Vüqar Oruc isə Avtosfer.az-a bildirib ki, 2022-ci ilin may ayında AQC-nin hesabat-seçki konfransında təşkilatın rəhbəri seçilib. 2024-cü ilin iyun ayında bir qrup AQC adına iddia edərək, saxta möhür düzəldib və buna görə, hüquq-mühafizə orqanlarına müraciət olunub: "Ədliyyə Nazirliyi onun rəhbəri olduğu qurumu AQC olaraq tanıyıb. May ayının 3-də keçirilən konfransda da Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak edib. AQC sədri vurğulayıb ki, AQC adına qanunsuz iddia özü cinayət əməlidir və onlar da bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu gün məlum qrupun apardığı şər kampaniyası möhtəşəm konfransımızdan sonra gözlənilən idi. Biz bunlara əhəmiyyət vermirik və fəaliyyətimizi daha da genişləndiririk".
Səfər
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Maşınla yola çıxanların NƏZƏRİNƏ!
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO












