Arvadından sonra qızı da işdən çıxarıldı - "TikTok"da dini təhqir etmək baha başa gəldi

Xəbər verdiyimiz kimi, həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "TikTok"da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.
Avtosfer.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.
Əldə etdiyimiz məlumata görə, atasının "TikTok"da qeyri-etik ifadələr səsləndirməsinə görə Leysan Məmmədov Jalə Eyvazovanı da vəzifəsindən azad edib.
Digər bir maraqlı məqam isə odur ki, uzun illər Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləyən Habil Eyvazov işğaldan azad olunmuş ərazilərdə yük avtomobillərinin biznesi ilə məşğuldur. O, ailəsinə məxsus yük avtomobillərini şirkətlərə icarəyə verməklə gəlir əldə edir. Özü isə rəsmi olaraq Azərbaycanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən "Agro Dairy" şirkətində çalışır.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












