ASCO gəmi səfərləri zamanı emissiyaları 6 faiz azaltmağı planlaşdırır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) emissiyaların azaldılması istiqamətində innovativ texnologiyaların tətbiqini genişləndirir.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, şirkət Ekoloji, Sosial, İdarəetmə (ESG) strategiyasına uyğun olaraq bu istiqamətdə daha bir mühüm addım ataraq, İsveç Krallığının QTAGG şirkəti ilə əməkdaşlıq çərçivəsində “EcoPilot” sisteminin tətbiqinə başlayıb.
Pilot layihə olaraq sözügedən sistem “RoPax” tipli “Azərbaycan” gəmi-bərəsində quraşdırılıb.
Gəmi-bərənin bu sistemlə həyata keçirdiyi ilk dəniz sınağı artıq uğurla başa çatıb. “EcoPilot”un tətbiqindən ümumi gözlənti isə ondan ibarətdir ki, gəmi hər səfərində yanacağa qənaət etməklə, emissiyaları təxminən 6 faiz miqdarında azaltsın.
Qeyd edək ki, “EcoPilot” texnologiyası küləyin istiqaməti və gücü, gəminin quruluşu, hava proqnozu və dəniz axınları kimi faktorlara uyğun olaraq, elektron sistem vasitəsilə gəminin optimal marşrutunu dəstəkləyir və onun sürətinin avtomatik tənzimlənməsinə imkan yaradır. Bu da yanacaq sərfiyyatını azaltmaqla, emissiyaların minimuma endirilməsinə töhfə verir.
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz












