Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri yumşaldıldı - VİDEO

Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri yumşaldılıb.
Avtosfer.az xəbər verir ki, əvvəllər bəzi biletlərin qaytarılması mümkün deyildi. Bundan başqa, uçuş tarixinin dəyişdirilməsi və biletlərin qaytarılması zamanı biletin dəyərinin 75%-i məbləğində cərimə tətbiq edilirdi. Sərnişinlər üçün alınan biletin dəyişdirilməsi və qaytarılması prosesi qəliz idi. Bəzən 1000 manata bilet alan sərnişin onu qaytarmaq istəyərkən 750 manat cərimə ödəməli idi.
Bu məsələdə çətinliklər nəzərə alınaraq aviabiletlərin qaytarılması və dəyişdirilməsi qaydalarında yeniliklər edilib.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, artıq ən çox satılan ecanom sinifin klassik biletlərini dəyərindən asılı olmayaraq cərimə ödəməklə geri qaytarmaq mümkündür.
Ekonom sinifə aid olan büdcə biletlərini isə alınandan cəmi 3 saat içərisində cəriməsiz qaytarmaq və dəyişdirmək olar. Əks halda, bu sinif biletlər nə qaytarılacaq, nə də dəyişdiriləcək.
AZAL həmçinin bəzi biletlərin uçuşdan sonra qaytarılmasına və dəyişdirilməisnə də imkan yaradıb. Yəni hər hansı bir səbəbdən uçuşa çata bilməyən turistlərin biletləri yanmır və başqa tarixə dəyişdirilə bilir.
Ekspert onu da bildirib ki, digər aviakampaniyaların biletlərin dəyişdirilməsi və qaytarılması qaydalarında hələ ki ciddi dəyşiklik yoxdur. AZAL-ın bu addımı turistlərin işini xeyli asanlaşdıra və xüsusilə bu tipli məsələlərdə mübahisələri azalda bilər.
Daha ətraflı videomaaterialda.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












