Aviasiyada rəqəmsal transformasiya və təhlükəsizlik - Azərbaycanın dünyaya mesajı - FOTO

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Qazaxıstanın Almatı şəhərində keçirilən CANSO – Beynəlxalq Aeronaviqasiya Xidmətləri Təşkilatının Avropa və Asiya regionu üzrə Aeronaviqasiya Xidmətləri Təminatçılarının (ANSP) rəhbərlərinin 3-cü Sammitində Azərbaycanı təmsil edib.
“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsindən Avtosfer.az-a bildirilib ki, tədbir regionda təhlükəsiz, səmərəli və əlaqələndirilmiş hava məkanının inkişafı mövzusunda aparıcı ANSP rəhbərlərini bir araya gətirib. Xatırladaq ki, CANSO Beynəlxalq Aeronaviqasiya Xidmətləri Təşkilatının Avropa və Asiya regionu üzrə Aeronaviqasiya Xidmətləri Təminatçılarının ilk Sammiti 2023-cü ildə Bakıda, Azərbaycanın təşkilatçılığı ilə keçirilmişdi.

Mülki aviasiya qlobal nəqliyyat sisteminin əsas sütunlarından biridir və uçuşların təhlükəsiz, fasiləsiz və effektiv idarə olunmasında ANSP-lərin rolu həlledicidir. Sammitdə AZANS nümayəndə heyəti regional uçuş təhlükəsizliyi, rəqəmsallaşma, innovativ texnologiyaların tətbiqi və ANSP-lər arasında koordinasiyanın gücləndirilməsi mövzularında strateji müzakirələrə töhfə verib.
Bu iştirak AZANS-ın təhlükəsiz və əlaqələndirilmiş regional hava məkanının inkişafında vacib rolunu və Azərbaycanın aviasiya sahəsində innovasiya və əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib.
Son illərdə tranzit uçuşların artımı Azərbaycanın qlobal aviasiyada strateji mövqeyini daha da möhkəmləndirib. Yalnız 2024-cü ildə ölkə hava məkanından keçən 230 min tranzit uçuş vasitəsilə təxminən 50 milyon sərnişin daşınıb. İkitərəfli və regional əməkdaşlıq, qabaqcıl texnologiyalar və müasir infrastruktura əsaslanan hava məkanı idarəçiliyi Azərbaycanı Mərkəzi Asiya ilə davamlı hava əlaqələrini təmin edən regional qovşağa çevirib.
Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi və onların müasir rabitə, naviqasiya və müşahidə sistemləri ilə təchiz olunması bu strateji inkişafın əsas mərhələlərindəndir. Bu addımlar ölkəmizi təkcə tranzit mərkəzi deyil, həm də regional hava əlaqələrinin təminatçısı kimi möhkəmləndirərək Azərbaycanın siyasi və iqtisadi mövqeyini daha da gücləndirir.
AZANS beynəlxalq təşkilatlar və tərəfdaşlarla sıx əməkdaşlıq edərək regionda vahid və müasir aeronaviqasiya infrastrukturunun formalaşdırılmasına töhfə verir və regional, həm də qlobal tərəfdaşlarla birlikdə daha təhlükəsiz, ağıllı və əlaqəli Avrasiya səmasının qurulmasına sadiqliyini davam etdirir.

Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi təxribatın qarşısını belə aldı - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa hərəkətin təşkili düzgün qurulmayıb? - FOTO











