Avropada ən çox mobil telefon oğurlanan ölkə

ABŞ-ın "SquareTrade" sığorta şirkətinin məlumatına görə, Avropada oğurlanan beş telefondan ikisi Böyük Britaniyanın payına düşür. Avtosfer.az-ın Lent.az-a istinadən xəbərinə görə, şirkətə edilən iddiaların təhlili göstərib ki, şirkətin 12 Avropa bazarında bütün telefon oğurluqlarının 39 faizi Böyük Britaniyada baş verib, baxmayaraq ki, bu ölkənin şirkətin Avropadakı müştərilərinin cəmi 10 faizini təşkil edir. Bununla belə, Böyük Britaniyada telefon oğurluğu hesabatları 2021-ci ilin iyun ayından bəri 425 faiz artıb və İngiltərədəki telefon oğurluqlarının 42 faizi Londonda baş verib. Ümumilikdə bu, Avropadakı bütün telefon oğurluqlarının 16 faizini təşkil edir. London Polis Xidməti bildirib ki, 2024-cü ildə paytatda bazar dəyəri təxminən 20 milyon funt sterlinq olan 80 minə yaxın telefon oğurlanıb. Ən çox zərər çəkənlər iPhone olub. Telefon oğurluğu üzrə ixtisaslaşan polis rəisi Ceyms Konvey deyib ki, telefon oğurluğu qruplar arasında daha çox yayılıb, bunun səbəbi qismən də xarici bazarlarda bu cür qurğulara tələbatın artmasıdır.
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz












