Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF

Nərimanov rayonunda, Heydər Əliyev prospekti 137 ünvanında yerləşən avtobus dayanacağının “cib tipli” formada təşkil olunması sərnişinlər üçün ayrılan sahənin və səkinin daralmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, Bakı küçələrində avtobus dayanacaqları layihələndirilərkən əsas diqqət avtobusun deyil, sərnişinin rahatlığı və təhlükəsizliyinə yönəldilməlidir.

Ekspert bu barədə paylaşımında bildirib. Onun sözlərinə görə, dünyanın bir sıra şəhərlərində “anti-cib” (bus bulb-out) tipli dayanacaqlardan istifadə olunur. Bu modeldə səki yolun hərəkət hissəsinə doğru genişləndirilir və avtobus dayanmaq üçün əsas hərəkət zolağından kənara çıxmır.
Belə yanaşma avtobusların dayanacağa daha sürətli daxil olub-çıxmasına imkan verir. Eyni zamanda avtobusun dayanacaqdan sonra yenidən əsas hərəkət zolağına qoşulmasına ehtiyac aradan qalxır və bu, ictimai nəqliyyatın hərəkətində vaxt itkisinin azalmasına şərait yaradır.
“Anti-cib” tipli dayanacaqların digər üstünlüyü sərnişinlə avtobus arasındakı məsafənin minimuma endirilməsidir. Bununla yanaşı, səkinin piyadalar üçün nəzərdə tutulan hissəsi daha yaxşı qorunur, dayanacaqlardan istifadə edən şəxslərin hərəkəti asanlaşır və əlçatanlıq səviyyəsi yüksəlir.
Rauf Ağamirzəyevin fikrincə, dayanacaq layihələndirilərkən əsas sual “avtobusa harada yer ayıraq?” deyil, “sərnişin üçün necə daha rahat və təhlükəsiz şərait yaradaq?” olmalıdır.
Bakıda yeni avtobus dayanacaqları layihələndirilərkən şəhərin küçə və yol şəraiti nəzərə alınmaqla bu prinsipə daha çox diqqət yetirilməsi həm ictimai nəqliyyatın səmərəliliyinə, həm də piyadaların rahatlığına müsbət təsir göstərə bilər.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX












