Avtobuslarda axşam 8-dən sonra başlayan məşəqqət... - Günahkar kimdir?

Avtobuslarda havalandırma sistemi Bakının ənənəvi mövzularından biridir. Lakin bəzi sürücülərimiz bu "ənənəvi"liyə bir müasirlik də qatıblar. Hansılar ki, iddia edirlər ki, axşam saat 8-dən sonra kondisioner yandırmaq qadağandır (ya da günahdır).
Halbuki Bakı Nəqliyyat Agentliyi may ayının əvvəlində paytaxtda müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi üçün xəbərdarlıq məktubu göndərib.
O zaman günahkar kimdir?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Musavat.com-a bildirdi ki, qeyd etdiyimiz hal araşdırılacaq. Bununla bağlı xətt üzrə daşıyıcı Agentliyə çağırılacaq: "Avtobusların hər biri - istər "BakuBus", istərsə də digər marşrut xətləri daşıyıcıların balansındadır. Yəni ayrı-ayrı daşıyıcıların, operatorların istismarında olan xətlərdir. Hansı daşıyıcının istismarında olan avtobusda sərinləndirmə sistemi varsa, onlar işə salınmalıdır, xüsusilə isti hava şəraitində. Sərinləndirmə sistemi sərnişinlərin rahatlığı üçündür, onların normal fəaliyyətini təmin etmək də daşıyıcıların məsuliyyətindədir".
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












