AYNA: Qeyri-iş günlərində 60 minə yaxın sərnişin daşınıb

Bu il iyunun 26-29-da qeyri-iş günlərində paytaxtdan bölgələrə və region avtovağzallarından müxtəlif istiqamətlərə 60 minə yaxın sərnişin daşınıb.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, gücləndirilmiş iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1 249 reys həyata keçirilib, 27 510 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150-yə yaxın reys həyata keçirilib. Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 3 144 reyslə 32 062 sərnişin daşınıb.
Biletlər BBAK-ın kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 30%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Sərnişinlərin rahat formada bölgələrə çatdırılması təmin olunub. Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz












