Aynişan Quliyeva: "Sürücülər səsini çıxarmırdı, düşünürmüşlər ki, bu qız dəlidir" - FOTO

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, o, instaqram hesabında sifariş verdiyi taksilərdən danışıb. Aynişan uzun müddətdir sürücülərə həm kartla, həm də nəğd ödəniş etdiyini, lakin bunun fərqində olmadığını bildirib:
"Bir neçə gündür taksidən istifadə edirəm və bu gün bir şey bilmişəm. Neçə gündür, nəğd ödəniş edirəm. Bu gün səhər çağırdığım taksi sürücüsü dedi ki, "xanım, ödəniş kartladır, niyə nəğd verirdiniz?" Cavab verdim ki, yox, nəğd ödəyirəm mən. Taksidən düşən kimi kart hesabına baxdım. Məlum oldu ki, neçə gündür bütün sifarişi həm kartla, həm də nəğd ödəyirmişəm.
Sürücülər səsini çıxarmırdı. Bəzən çox diqqətsiz oluram. Bu mənim səhvimdir. Taksi sürücüləri hər ödənişdən sonra "Allah razı olsun. Min əvəzini versin" deyirdilər. Öz-özümə düşünürdüm ki, 2-3 manat artıq ödəniş etdiyim üçün bu qədər dua edirlər. Necə minnətdar insanlardır. Onlar da, yəqin, düşünürmüş ki, bu qız dəlidir. Ya kartla ödə, ya da ki nəğd... Artıq bir qərara gəl".


baku.ws
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA











