Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat qovşağına çevrilmək üçün səy göstərir

Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat qovşağına çevrilmək üçün maksimum səy göstərir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Özbəkistanın Beynəlxalq Əlaqələr üzrə İnformasiya və Təhlil Mərkəzinin direktoru Sancar Vəliyev Bakıda keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda tədbirdə deyib.
“Hazırda Mərkəzi Asiya və Qafqazın iki ən böyük dövləti olan Azərbaycan və Özbəkistan öz potensialını birləşdirir və qarşısına iddialı məqsədlər qoyur. Ticari-iqtisadi vəzifələrin həlli üçün nazirliklərimiz tərəfindən ən səmərəli tədbirlər görülür. 2025-ci ilin “Bakı ilə Daşkənd arasında iqtisadi əməkdaşlıq ili” müəyyən edilməsi bu məsələdə innovativ addım oldu”, - o bildirib.
S.Vəliyev vurğulayıb ki, hazırda dünyada çoxsaylı mürəkkəb proseslər cərəyan edir və ölkələr arasındakı əməkdaşlığın mövcud səviyyəsi onların həlli üçün kifayət etmir.
“Buna görə də əməkdaşlıq çox önəmlidir. Dövlətlərimiz məsələlərin mümkün qədər tez bir zamanda diplomatik yolla həllinin tərəfdarıdır”, – o əlavə edib.
Qeyd edək ki, “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbir Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










