"Azərbaycan Dəmir Yolları" əhəmiyyətli investisiyalara ehtiyac duyur - "Moody's"

Orta Dəhlizin inkişafı Azərbaycan, Qazaxıstan və Gürcüstanın korporativ sektoru üçün strateji imkanlar açır. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, artıq region ölkələri ticarət və investisiyaların artımından faydalanırlar.
Bildirilib ki, dəmir yolu sektorundan əlavə, logistika, tikinti, energetika və liman təsərrüfatı kimi sektorlarda da tələbat artıb ki, bu da böyük infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlıdır.
"Yerli şirkətlər regional əlaqələrin və logistikanın yaxşılaşmasından faydalanırlar. İxracyönümlü sahələr Çin və Avropa bazarlarına çıxış, həmçinin regionlararası ticarətin genişləndirilməsi üçün yeni imkanlar əldə edirlər. Buraya ilk növbədə kənd təsərrüfatı məhsulları, kömür, metal və gübrə istehsalçıları daxildir", - hesabatda qeyd olunub.
Reytinq agentliyi vurğulayıb ki, transformasiyada mərkəzi rol milli dəmir yolu operatorlarına - "Qazaxıstan Dəmir Yolları" SC ("Baa2" reytinqi, proqnoz - sabit), "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolu" SC-yə məxsusdur.
"Moody's"in qiymətləndirməsinə görə, yük axınının, o cümlədən yüksək gəlirli tranzit daşımalarının artmasından əsas faydalanan bu operatorlar olur, eyni zamanda, multimodal xidmətlər spektrini genişləndirirlər.
Bununla yanaşı, agentlik böyük investisiya proqramları ilə bağlı yüksək maliyyə risklərini qeyd edir. Dəmir yolu şəbəkəsi daimi xidmət və modernizasiya tələb edir, köhnəlmiş logistika imkanları və gömrük prosedurlarındakı fərqlər tranziti mürəkkəbləşdirir. Hər üç operator buraxılış qabiliyyətinin artırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması üzrə böyük layihələr həyata keçirir.
"Moody's" "Azərbaycan Dəmir Yolları"ndakı vəziyyətə xüsusi diqqət yetirir. Hesabatda bildirilib ki, şirkət əhəmiyyətli investisiyalara ehtiyac duyur və dövlət dəstəyindən (birbaşa büdcə maliyyələşdirməsi və güzəştli şərtlər formasında) asılıdır.
"Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernizasiyası başa çatdırılıb. Bu da onun buraxılış qabiliyyətini ildə 1 milyon tondan 5 milyon tona qədər artırıb. ADY infrastruktura, hərəkət tərkibinə, rəqəmsallaşmaya və multimodal həllərə investisiya yatırmağa davam edəcək. Şirkətin maliyyə dayanıqlılığı dövlətdən asılıdır: əsas infrastruktur layihələri büdcə hesabına maliyyələşdirilir. 2024-cü ildə isə hökumət şirkətin balansını gücləndirmək üçün iri miqyaslı borcun kapitala çevrilməsini həyata keçirib", - hesabatda qeyd olunub.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











