Azərbaycan dənizçilərinin sənədlərinin etibarlılıq müddəti uzadılacaq

Avropanın ən qabaqcıl dəniz dövlətlərini geridə qoyan ölkəmiz dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların icrası ilə bağlı mühüm addımlar atmaqdadır. Dövlət Dəniz Agentliyi azərbaycanlı dənizçilərin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini 31 mart 2021 – ci il tarixinədək uzadıb. Avtosfer.az xəbər verir ki, səbəb dünyada hələ də davam edən koronavirus (COVID-19) pandemiyasıdır. Bununla bağlı, Dövlət Dəniz Agentliyi tərəfindən aidiyyatı işlər görülüb və Beynəlxalq Dəniz Təşkilatına, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə, digər aidiyyəti şəxslərə bildiriş göndərilib.
Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.
Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikası və xarici dövlət bayrağı altında üzən gəmilərdə dənizçilərimizin çalışdığını nəzərə alaraq, onların etibarlılıq müddəti bitmiş - “Dənizçinin Şəxsiyyət Sənədinin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 31 mart 2021 – ci il tarixinədək uzadır.
Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir:
- Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub,
- Mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş,
Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş - “Dənizçinin Şəxsiyyət Sənədinin”, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul 2020 – ci il, 1 oktyabr 2020 – ci il, daha sonra isə 31 dekabr 2020-ci il tarixinədək uzadılmışdı.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











