Azərbaycan Prezidenti: "Bizim mövqeyimiz çox aydındır"

"Bizim mövqeyimiz çox aydındır".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən deyib.
"Biz bunu vurğulamışıq və ictimai şəkildə bir neçə vacib təkliflər irəli sürmüşük ki, onlar davamlı sülh, sabitlik, təhlükəsizlik və normal qonşuluq münasibətlərinə gətirib çıxara bilər. Biz bu istiqamətdə Böyük Britaniya Hökumətinin dəstəyinə ümid edirik. Bizə məlumdur ki, ölkənizin də regionla bağlı gündəliyi eynidir – sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq. Əminəm ki, qarşıdan gələn illərdə biz sizinlə, buradakı heyətinizlə və hökumət rəsmilərinizlə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlıq edəcəyik. Yəni, gündəliyimiz olduqca genişdir", - dövlət başçısı bildirib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












