Azərbaycan quru sərhədlərini gələn ay açacaq? - AÇIQLAMA - VİDEO

İki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlayıb. Naxçıvanla İran və Türkiyə quru sərhədindən başqa digər bütün sərhədlər qapalıdır. İnsanlar xaricə yalnız hava yolu ilə gedib-gələ bilirlər. Bu isə insanlar üçün kifayət qədər xərc deməkdir.
Avtosfer.az xəbər verir ki, quru sərhədlərin bağlı qalması ölkədə turizm sektoruna da ciddi təsir edib.
Azərbaycana qonşu ölkələrdən xeyli insan gəlirdi ki, onlar da məhz quru sərhədinə üstünlük verirdilər. Hazırda quru sərhədlər bağlı qaldığından mövcud vəziyyət ölkəyə gələn turistlərin sayına ciddi təsir göstərir.
Millət vəkili Vüqar Bayramov da "ARBTV"yə açıqlamasında bildirib ki, turizm neftdən sonra ölkəyə ən çox valyuta gətirən sahədir: "Nəzərə almaq lazımdır ki, ölkədə gələn turistlərin 60 faizi Rusiya, Gürcüstan və Türkiyənin payına düşür. Quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olacaq".
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "cebhe.info"-ya quru sərhədlərinin açılması məsələsinə münasibət bildirərkən demişdi ki, Operativ Qərargahın may ayının sonu, iyun ayının əvvəllərində quru sərhədlərini açmaq, gediş-gəlişi bərpa etmək fikri var.
BAKU.WS
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












