Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022"-də bu formatda təmsil olunur - FOTO
Gündəm
30 Avqust 2022 17:53

Avqustun 30-da Türkiyənin Samsun şəhərində “Teknofest 2022” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılışı olub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz festivalda 300 kvadrat metr ərazini əhatə edən milli pavilyonla təmsil olunur.
“TEKNOFEST Azərbaycan”ın qalibi olmuş 16 komanda Samsun şəhərində keçirilən festivalda iştirak edir və layihələrini ziyarətçilərə təqdim edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədbirdə nazir müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Milli pavilyonda AR (Artırılmış Reallıq) sual divarı, TRİFT – VR (Virtual Reallıq) hərbi atış simulyatoru, AR “Dron yarışı” simulyatoru, “Smart Qarabağ” haqqında təqdimat nümayiş olunur. Ziyarətçilərə həmçinin “VR 360 Shusha view” binoklu ilə Qarabağın incisi olan Şuşa şəhərinə VR video səyahət təqdim edilir.
“Teknofest 2022” Aerokosmik və Texnologiya Festivalı sentyabrın 4-dək davam edəcək.
Qeyd edək ki, “Teknofest” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi ilə Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı, qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
26-29 may 2022-ci il tarixlərində “Teknofest” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan” festivalını 300000-ə yaxın ziyarətçi izləyib. Festival çərçivəsində 3 beynəlxalq tədbir və 8 texnoloji müsabiqə təşkil olunub.
Oxunub : 954
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 21:00
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
29 Sentyabr 2026 20:18
Tramp İranla münaqişədən DANIŞIB
29 Sentyabr 2026 19:30
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
29 Sentyabr 2026 18:30
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
29 Sentyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
29 Sentyabr 2026 13:41
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
29 Sentyabr 2026 10:44
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
28 Sentyabr 2026 22:06
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
28 Sentyabr 2026 21:00
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
28 Sentyabr 2026 18:30
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
28 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
28 Sentyabr 2026 18:00
Quduzluqla mübarizə günü və sahibsiz itlər
ŞƏRH YAZ





















