"Azərbaycan üzərindən Çinə illik 1 000 blok qatar göndəriləcək" - Fariz Əliyev

Azərbaycan vasitəsilə Çinə ortamüddətli perspektivdə illik 1 000 blok qatarın göndərilməsi planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən 237-ci qatarın (Yivu-Bakı) qarşılanma mərasimi çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Çin arasında əlaqələr tarixi köklərə dayanır:
"Azərbaycanın İpək Yolu kimi strateji marşrutun üzərində yerləşməsi iki ölkə arasında ticarət, iqtisadi, mədəni, siyasi münasibətlərin daha da inkişaf etdirilməsinə münbit zəmin yaradıb. Son bir neçə ildə Azərbaycanla Çin arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb, mühüm keyfiyyət və kəmiyyət parametrləri qazanıb. Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında strateji mövqedə yerləşməsi onun regional, qlobal əməkdaşlığın mühüm həlqəsinə çevirib. Azərbaycan qitələrarası nəqliyyat və ticarət bağlantılarının mühüm tərkib hissəsinə çevrilib".
F. Əliyev qeyd edib ki, bu il Azərbaycan vasitəsilə Çinə 450 blok qatarın göndərilməsi planlaşdırılır:
"Ortamüddətli perspektivdə bu göstəricinin illik 1 000 blok qatara çatdırılması gözlənilir. İnanırıq ki, iki ölkə arasında qarşılıqlı səylər sayəsində bu rəqəm daha da artacaq".
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA










