“Azərbaycan vətəndaşlarının Ermənistandan Naxçıvana getmək imkanı olacaq” - Baş nazirin müavini
Gündəm
30 Sentyabr 2022 10:45

Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçməklə Naxçıvana getmək və geri qayıtmaq imkanı olacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Rossiyskaya qazeta"ya müsahibəsində Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin qurulması üzrə Üçtərəfli İşçi Qrupunun həmsədri Aleksey Overçuk deyib.

Rusiya Baş nazirinin müavini bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan sərhədinin hüquqi rejimi müəyyən edildikdən sonra mümkündür.
Onun sözlərinə görə, iki ildən az müddətdə çox əziyyətli iş görülüb:
"Nəticədə danışıqlarda iştirak edənlər marşrutlar haqqında təsəvvürə malikdirlər ki, onların həyata keçirilməsi regionun bloklanmasına gətirib çıxara bilər. Lakin yolların açılması və ya tikintisi, eləcə də bu yollarla hərəkət yalnız tərəflər arasında sərhədin hüquqi rejimini müəyyən etdikdən sonra mümkündür”, - Overçuk bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı bu prinsipin müəyyənləşdirilməsinə yanaşmaların əsasında duran prinsipin işlənib hazırlanması vacibdir.
O, həmçinin vurğulayıb ki, nəqliyyat əlaqələrinin açılması bütün tərəflər üçün mütləq müsbətdir:
"Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə getmək imkanı olacaq. Ermənistan isə nəhayət, vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən keçməklə nəqliyyat vasitələrini və yüklərini Rusiya, İran, Orta Asiya və geriyə sərbəst şəkildə hərəkət etmək imkanı əldə edə biləcək. Və bu, qarşılıqlı hərəkatdır, ticarət və insani əlaqələrin inkişafı, dediyim kimi, nəhayət, Cənubi Qafqaz regionunda uzunmüddətli yaraları sağaltmağa başlayacaq. Biz bunun baş verməsi üçün çalışırıq”.
Oxunub : 904
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 15:24
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
27 Sentyabr 2026 12:36
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
27 Sentyabr 2026 00:00
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
26 Sentyabr 2026 19:45
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
26 Sentyabr 2026 19:41
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
26 Sentyabr 2026 19:35
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
ŞƏRH YAZ












