Azərbaycana benzinin idxalı azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 41,961 mln. ABŞ dolları dəyərində 70 958,13 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, təkcə oktyabr ayında ölkəyə 3,634 mln. dollar dəyərində 5 786,06 ton "Premium" markalı avtomobil benzini gətirilib ki, bu da sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 29,2%, həcm ifadəsində isə 36,6% azdır.
Cari ilin ilk 10 ayında Azərbaycana "Aİ-95" markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub. Belə ki, Azərbaycanın sözügedən markalı benzin üzrə idxalının 57,9%-i məhz Rusiyanın payına düşüb. Yanvar-oktyabrda Azərbaycana Rusiyadan 24,380 mln. dollar dəyərində 41 066,75 ton "Aİ-95" markalı benzin idxal edilib.
Bundan əlavə, hesabat dövründə Azərbaycana 1,706 mln. ABŞ dolları dəyərində 2 155,48 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini idxal edilib. Təkcə oktyabr ayında ölkəyə 205,630 min dollar dəyərində 262,94 ton "Aİ-98" gətirilib ki, bu da sentyabr ayı ilə müqayisədə müvafiq olaraq 12,3% və 12,5% çoxdur.
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana "Super" markalı avtomobil benzinin ixracında lider Belarus olub. Sözügedən ölkə Azərbaycana 918,180 min dollar dəyərində 1 185,35 ton "Aİ-98" markalı benzin tədarük edib ki, bu da Azərbaycanın bu markalı benzinin idxal bazarının 55%-ni təşkil edib. Qeyd edək ki oktyabrda Belarusdan "Super" markalı avtomobil benzinin idxalı baş verməyib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












